12 C
Baku
Wednesday, December 11, 2024

Cəlilabadın bir kəndinin 26 sakinində koronavirus aşkarlanıb

Cəlilabad rayonunun 5 kəndində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunur.

Bunlar Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar kəndləridir.

Qeyd olunan ərazilər arasında ən çox yoluxma hallarının Ağdaş kəndində olduğu bildirilir. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları bu kəndlərdə olublar. Sakinlərdən yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar yaxma analizləri götürülüb.

Qeyd edək ki, bir müddət öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya çevrilib.

Son xəbərlər
Digər xəbərlər