2 C
Baku
Saturday, December 14, 2024

Koronavirus Azərbaycanın yükdaşımalarına necə təsir edib?- SİYAHI

Bildiyimiz kimi, Azərbaycanda cari ilin mart ayından başlayaraq ölkədə koronavirus pandemiyası səbəbindən xüsusi karantin rejmi tətbiq edilib. Bu səbəbdən də ölkənin logostika sisteminə – əsasən də hava və avtomobillə yükdaşımalara istər ixrac, istərsə də idxalda mühüm təsirlər edib. Poçt isə bu məsələdə dirçəlib.

2020-ci ilin yanvar-may ayları üzrə Azərbaycanın ticarət əlaqələrində yükdaşımaların həcmi 22.51 mln. ton təşkil edib. Bunun 19.38 mln. tonu ixraca, 3.12 mln. tonu isə idxalda aparılan yüklər olub.

Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İxracda isə 17.85 mln. tonu stasionar nəqletmə (boru və s.) 863 min tonu dəmiryolu, 510 tonu avtomobil, 141 min tonu dəniz nəqliyyatı və yalnız  21.88 min tonu isə hava nəqliyyatı ilə həyata keçirilib.

İxracda ən çox 33% olmaqla hava və 13% olmaqla avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi azalıb. Ölkədə boru kəmərindən sonra əsas daşıyıcı rol oynayan dəmir nəqliyyatında da eyni ilə 3% azalmalar olub.

Dəniz nəqliyyatı isə əksinə, ixracda bu il da aktiv iştirak edib. Pandemiya dövründə bu nəqliyyatla ölkədən xaricə daşınmaların həcmi 13%-ə qədər artıb.

İstər ixracda, istərəsə də idxalda isə daşınma yükündə ən böyük “sıçrayış” poçt-dur. Poçtla Azərbaycandan  4.23 ton həcmdə yük daşınıb, bu da illik müqayisədə 141 dəfə artım olması deməkdir. Eləcə də xaricdən ölkəyə yükdaşımada poçtun yüklərinin həcmi 107 ton təşkil edib, bu isə 71 dəfə illik müqayisədə artımın olmaısıdır.

Xaricdən Azərbaycana

2019-cu ilin yanvar-may aylarında Azərbaycana dəmir yoluyla 1.89 mln. ton (+3%), avtomobillə 906 mln. ton (+5%), dənizlə 326 min ton (-19%), stasionar nəqletmə vasitələri ilə 43 min ton (- 96%) və havayla  6 min ton həcmində (-25%) yüklər daşınıb.

122 2

Son xəbərlər
Digər xəbərlər