7 C
Baku
Sunday, December 15, 2024

Prezidentin köməkçisi: “Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq üçün böyük potensial var”

“Hesab edirəm ki, “Microsoft” şirkəti ilə çox yaxşı əməkdaşlıq qurmuşuq. Hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində işləyirik”.

“Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

“Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk”, – Şahmar Mövsümov əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər