21 C
Baku
Thursday, October 17, 2024

ABŞ-da COVID qurbanlarının sayı ölkənin Birinci dünya müharibəsindəki insan itkisini üstələdi

ABŞ-da Covid-19 koronavirusu nəticəsində ölənlərin sayı Birinci dünya müharibəsi illərində Amerika ordusunun itkilərini üstələyib. Banker.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib.

Rəsmi məlumatlara görə, Birinci dünya müharibəsi zamanı ABŞ-ın itkisi 116 516 nəfər təşkil edib. Ölən və koronavirusa yoluxanların statistikasını aparan Cons Hopkins Universitetinin qeyd etdiyi kimi, hazırda koronavirusdan ABŞ-da 16 905 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, ABŞ yoluxmuş və ölən insanların sayına görə dünya ölkələri arasında birinci yerdədir (2,1 milyon nəfər yoluxub), ikinci yerdə Braziliya (923 min), üçüncü yerdə Rusiya (544,7 min), dördüncü yerdə Hindistan (343 min), beşinci yerdə isə Böyük Britaniya (300 min) dayanır.

İyunun 5-də ABŞ prezidenti Donald Tramp ölkənin koronavirus epidemiyasına demək olar ki, qalib gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, ABŞ koronavirusun yayılması ilə əlaqədar olaraq tətbiq olunan məhdudiyyətləri tezlikdə aradan qaldıracaqdır.

Mütəxəssislərin fikrincə, bu ilin oktyabr ayına kimi ABŞ-da ölənlərin sayı 200 min nəfəri keçə bilər.

Son xəbərlər
Digər xəbərlər