Sumqayıt Kimya Sənaye Parkında (SKSP) siqaret istehsal edən “Tabaterra” QSC-nin səhmdarları nizamnamə kapitalına 6 milyon manat əlavə edib.
Kommersiya təşkilatlarının reyestrinə əsasən, şirkətin nizamnamə kapitalı 78 milyon 10 min manata (45,8 milyon dollar) çatdırılıb.
“Tabaterra” siqaret fabriki 2018-ci ilin noyabr ayında istismara verilib. Əvvəlcə şirkət gücünün illik 11 milyard siqaret olduğunu bildirdi. İndi şirkət istehsal gücünün ildə 14 milyard ədədə çatdırıldığını elan edir. Zavodda 3 müxtəlif qutu formatında tütün məhsulları istehsal etmək qabiliyyətinə malik 8 istehsal xətti var.