Stib Jobs Apple şirkətinin direktorlar şurasının sədri olduqda “Challenger” kosmik gəmisində həyata keçiriləcək uçuşda iştirak etmək üçün namizədliyini irəli sürmüşdü.
Lakin ona rədd cavabı verilmişdi. Görünür, ya xidmətləri, ya da sağlamlıq dərəcəsi buna imkan vermirdi. 28 yanvar 1986-cı ildə “Challenger” kosmik gəmisi uçuşunun 73-cü saniyəsində partlayır.
Mark Tsugerberq özünün qeyri-adi davranışı ilə məşhurdur. Microsoft şirkətinin rəhbərlərindən biri gənc Tsugerbergə səhər saat 8-də görüş təyin etdikdə o rədd cavabı vermişdi. Tsugerberq buna səbəb olaraq o vaxt yatmağa vərdiş etdiyini bildirmişdi. Yahoo! rəhbərləri ona həftə sonuna görüş təyin etdikdə Mark yenidən rədd cavabı verir və bildirir ki, onun bu həftə sonları üçün artıq başqa şəxsi planları var. Qeyd edək ki, bu zaman burada söhbət milyard dollarlıq müqavilələrdən gedirdi.
97 yaşlı milyarder Con Rokfeller üçün həkimlərin məsləhəti ilə “New-York Times” qəzetinin xüsusi nömrəsi nəşr etdirilirdi və görünüş və format baxımından qəzetin əslindən fərqlənmirdi. Bu qəzet optimist məqalə və xəbərlərlə zənginləşdirilmiş, iqtisadi depressiyanın, işsizliyin artıq başa çatdığı bildirilirdi.
Məşhur amerikalı qarətçilər Bonni və Klayd Henri Ford üçün əla reklam həyata keçirmişlər. Klayd daim Ford avtomobillərini oğurlayırdı. Xüsusən də “Qumlu səhra” modelini çox sevirdi. Hətta Bonni və Klaydın romantik qətlə yetirilməsi belə Ford üçün bir reklam idi. Belə ki, qarətçi cütlük onun istehsalı olan avtomobil modelində polis tərəfindən güllələnərək qətlə yetirilir. Güllələrdən deşik-deşik olmuş qəhvəyi Ford avtomobilinin şəklini bütün Amerika qəzetləri nəşr etdirmişdi…