“Sumqayıt Kimya Sənayesi Parkı” MMC 2019-cu il üzrə maliyyə təsərrüfatının auditi üçün kənar audit şirkətini yenicə seçib.
Banker.az xəbər verir ki, SKSP bununla bağlı “RSM Azerbaijan” audit şirkətini seçib.
Məlumata əsasən qurumlar bununla bağlı razılığa 10 iyun 2020-ci il tarixdə gəliblər.
Xatırladaq ki, SKSP-nin hazırda “Azertexnolayn”, MMC “SOCAR Polymer”, MMC “Azer Float”, QSC, “Azerbaijan Fibro Cement” MMC, “Baku Non Ferrous and Foundry Company” MMC, “Silisium və Kalsium İstehsalat Müəssisəsi” MMC,“MST Engineering Services” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco Lubricant Company” MMC, “STDC” MM kimi rezidentləri var.