Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, N. Nazarbayev özünü təcrid edib.
Qeyd olunub ki, sabiq Prezidentin səhhəti ilə bağlı hər hansı narahatlıq yoxdur, o, distant rejimdə fəaliyyətini davam etdirir.