18 C
Baku
Friday, October 4, 2024

Qızcığaz qardaşını ölümdən necə xilas etdi?

Tessi – heyrətamiz 9 yaşlı bir qızcığazdır. Bir dəfə o valideynlərinin kiçik qardaşı Ted haqqında olan söhbətini eşidir. O bilirdi ki, qardaşı ağır xəstədir və valideynlərinin demək olar ki, pulu heç yoxdur. Tessi atasının ağlayan anasını sakitləşdirmək üçün dediyi bu çarəsiz sözləri eşitdi: İndi Tedi yalnız möcüzə xilas edə bilər.

Bu sözləri eşidən Tessi öz otağına qaçır və içərisinə xırda pul yığdığı şüşə mürəbbə bankasını götürür. O bütün xırda pulları yerə tökür, səliqəli şəkildə sayır və yenidən hamısını şüşəyə yığaraq aptekə doğru qaçır.

O sakit şəkildə əczaçının ona diqqət yetirməsini gözləyirdi. O isə digər müştərilərlə məşğul idi. Tessi əczaçının diqqətini çəkmək üçün ayağını yerə döyməyə başlayır. Yenə reaksiya yoxdur. Belə olduqda o bərkdən öskürməyə başlayır. Yenə bir nəticə yoxdur. Nəhayət o bir qəpik götürür və onunla şüşəyə vurmağa başlayır.

— Nə istəyirsiniz, — deyə əczaçı əsəbi halda soruşur. – Görürsünüz ki, mən Çikaqodan gəlmiş və uzun illərdir görmədiyim qardaşım ilə danışıram.

—Başa düşürəm, lakin mən sizə öz qardaşım barədə demək istəyirdim. O çox xəstədir və mən onun üçün möcüzə almaq istəyirdim.

— Bağışlayın, nə?

— Onun adı Teddir və onun başında nə isə pis bir xəstəlik var. Atam dedi ki, indi onu yalnızca möcüzə xilas edə bilər. Bəs bu möcüzə neçəyədir?

— Qızcığaz biz burada möcüzə satmırıq. Bağışla amma mən sənə kömək edə bilməyəcəm – deyə əczaçı cavab verir.

— Qulaq asın, mənim pulum var və haqqını ödəyə bilərəm. Əgər bu pul bəs etmirsə mən yenə gətirə bilərəm. Sadəcə deyin, bunun qiyməti nə qədərdir?

Əczaçının qəşəng şəkildə geyinmiş qardaşı vitrinin arxasından əyilərək kiçik qıza baxaraq onu yanına çağırır.

 — Qardaşına necə bir möcüzə lazımdır?

— Bilmirəm, — deyə Tessi köksünü ötürür. —Mən sadəcə bilirəm ki, o çox xəstədir və anam deyir ki, ona əməliyyat lazımdır. Atam isə əməliyyatın pulunu ödəyə bilmir, buna görə də, öz pullarımdan istifadə etmək qərarına gəldim.

— Bəs sənin nə qədər pulun var? — deyə Çikaqodan gələn şəxs soruşdu.

— 1 dollar və 11 sent, — Tessi kəkələməyə başladı — və mənim olan pulum budur. Lakin yenə lazımdırsa tapa bilərəm.

— Təsadüfə bax sən, — deyə kişi təbəssüm etdi. — 1 dollar və 11 sent. O pulları bir müddət ovcunda sıxdı, qızı qucağına aldı və evlərinə aparmasını xahiş etdi.

— Sənin qardaşına baxmaq və valideynlərinlə tanış olmaq istəyirəm. Görək sizə necə bir möcüzə lazımdır.

Bu Çikaqodan gəlmiş şəxs həkim Karlton Armstronq imiş. Qeyd edək ki, o neyro-cərrahiyyə sahəsi üzrə ixtisaslaşmış məşhur cərrahdır. O əməliyyatı pulsuz şəkildə həyata keçirir və Ted çox tez bir zamanda öz evinə çox sağlam şəkildə geri dönür. Uşaqların valideynləri baş verənlərdən sonra çox xoşbəxt idilər. Ana Tessiyə pışıldadı: Bu həkim – elə əsl möcüzə idi. Maraqlıdır, görəsən bunun dəyəri nə qədər olardı? Tessi gülümsəyir. Axı o möcüzənin dəyərinin nə qədər olduğunu dəqiq bilirdi: 1 dollar və 11 sent, üstəgəl kiçik qızcığazın əsl inamı.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.