“Kapital Bank” daha sürətli və daha yaxşı xidmət üçün veb-saytını yeniləyib.
Banker.az xəbər verir ki, yeni veb-saytda bankın bütün məhsulları, xidmətləri haqqında geniş məlumat ala bilər və onlayn sifariş imkanlarından yararlana bilərsiniz.
Sayta www.kapitalbank.az bu link vasitəsilə keçid edə bilərsiniz.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 86,6%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 8,9%-i “PAŞA Sığorta” ASC-yə, 4,4%-i “PAŞA Həyat Sığorta” ASC-yə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur.