Rusiya Mərkəzi Bankının direktorlar şurası, 19 iyun cümə günü keçirilən yığıncaqda uçot dərəcəsini 5,5%-dan 4,5%-ə endirilməsi ilə bağlı qərar qəbul edib, bu barədə tənzimləyicinin açıqlamasında deyilir. Qeyd edək ki, son dəfə belə bir hal pul siyasətinin əsas göstəricisi kimi 3 sentyabr 2013-cü ildə olmuşdur.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankının 24 apreldə keçirdiyi yığıncaqda uçot dərəcəsinin 6%-dan 5,5%-də azaldılması barədə qərar qəbul edilmişdir.
Bildirildiyi kimi, pandemiya elan olunmamışdan əvvəl 7 fevral 2020-ci ildə Rusiya Bankı uçot dərəcəsini 0,25% azaldaraq 6%-ə endirmişdir.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, sentyabrın sonuna qədər uçot dərəcəsinin 4% və ya 3,5%-ə endirilməsi gözlənilir.