11 C
Baku
Monday, November 25, 2024

İmtahanlar ləğv olundu

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə imtahanlar keçirilməyəcək.

Bu, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarında öz əksini tapıb.

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, sərt karantin günlərində təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılacaq.

Qərara əsasən, sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunun ərazisində imtahanlar keçirilməyəcək.

Son xəbərlər
Digər xəbərlər