Araz İsgəndər oğlu Ağalarov ( 8 noyabr, 1955-ci il, Bakı, Azərbaycan) – Azərbaycana əsilli rusiyalı iş adamı, Crocus Group kompaniyasının sahibidir.
Bir çoxları Ağalarovu ətraf şəhərlərdə və şəhər kənarında yerləşən çox profilli ticarət komplekslərinin banisi kimi tanıyırlar. Araz İsgəndər oğlu isə iddia edir ki, onun layihələrinin uğuru sistemi yanaşmaya əsaslanır. Belə ki, onun fikrincə biznesinin bir sahəsinin inkişafı digər istiqamətlərdə də effektivliyə nail olmaq üçün münbit şərait yaradır.
Məsələn, bir obyektin inşası avtomatik olaraq qonşu obyektlərə də marağı artırır. Bununla yanaşı Ağalarov qeyd edir ki, o nə inşaatçı, nə pərakəndəçi, nə də tədarükçü deyil, o sadəcə hər şeyin kifayət qədər ahəngdar işləməsinə və gözəl alınmasına nəzarət edən dirijordur. Beləliklə Araz Ağalarov üçün biznes sadəcə pul qazanmaq vasitəsi deyil, həm də özünü təsdiqləmək, özünü reallaşdırmaq üsuludur. Onun uğur yoluna birgə nəzər salaq.
1977-ci ildə – Bakı Politexnik İnstitutunun «elektron-hesablayıcı maşınlar mühəndisliyi» ixtisasını başa vurub. Araz Ağalarov iqtisadi elmlər namizədidir.
1977-1983-cü illər – Bakı elmi təhqiqatlar institutunda çalışıb, həmçinin sovet ittifaqı kommunist partiyasının yerli komitəsinin üzvü idi.
1983-1987-ci illər – Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurasının həmkarlar hərəkatı ali məktəbinin tələbəsi olub
1988-1990-ci illər – Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası elmi mərkəzinin kiçik əməkdaşı olub, ilk kompüter sərgisini Rusiyada həyata keçirib.
1989-cu ildə – «Crocus International» (daha sonra Crocus Group adlanacaq) amerikan-sovet müəssisənin əsasını qoyub. Araz Ağalarovun təşəbbüsü sayəsində Crocus Group «Myakinino» metro stansiyasının inşaatının başlıca investoru və Uzaq şərq federal universitetinin (Promorsk əyaləti) inşaatının baş podratçısı olmuşdur.
1992-ci ildə – «Krokus» QSC-yə və «Kokus Sitinin» Krasnaqor filialına başçılıq etməyə başlayıb. Həmçinin “Kroteks” kompaniyasının idarə heyətinin sədri olur.
1998-ci ildə ТЦ «Твой дом» (Sənin Evin) ticarət kompleksini açır, burada qastronomiya mağazası, mebel kompleksi, hipermarket ev və oranjereya (bitki yetişdirmək üçün şüşəbənd) avadanlıqları satılan dükanları birləşdirirdi.
2002-ci il. –”Crocus City Mall” binasını inşa edir, layihə elə həmin ilin ən yaxşı pərakəndə proyekti adına layıq görülür.
2007-ci il – 3 “Krokus Ekspo” sərgi binalarının tikintisini başa çatdırır
2009-cu il –TRS Vegas və «Myakinino» metro stansiyasının tikintisini başa çatdırır.
2013-cü il – Araz Ağalarovun sərvətinin miqdarı 1,8 milyard dollar təşkil edir. Onun sərvətinin təməlini isə əlbəttəki «Crocus Group» təşkil edir. Bu holdinq aşağıdakı layihələri realizə edir:
- «Krokus Ekspo» (Böyük bir sərgi mərkəzi);
- “Crocus City Hall” (6,200 nəfər adam tutumu olan, böyük konsertlərin təşkili üçün məkan)
- Vegas (ticarət və əyləncə kompleksi);
- “Sənin evin” (ticarət mərkəzi);
- Shore House (yaxta–klub və restoran);
- «Akvarium» (biznes-otel);
- Holiday Inn ( 2014-cü ildə açılması planlaşdırılan min nömrədən ibarət otel)
- «Myakinino» (gün ərzində 25 min insana xidmət göstərən metro stansiyası)
- «Shore House», «Edoko», «Zafferano», «Nobu» restoranları;
- Crocus Bank;
- Agalarov House, Agalarov Estate, Sea Breeze (yaşayış binaları).
Ağalarovun prinsipləri
- “Mənim üçün biznesdə avtoritet deyə bir şey yoxdur”.
- “Tikinti ilə məşğul olmağa başlayanda, dərhal başa düşdüm ki, işin bütün xırdalıqlarına varmaq lazımdır. Əks halda düz-əməlli bir şey tikə bilməzsən. Əgər müxtəlif xırdalıqları və nüansları bilməsən, asanlıqla yalanın qurbanına çevrilə bilərsən”.
- “Biznesdə ən vacibi –intuisiyadır”.
- “Mənim üçün pul öz ideyalarımı reallaşdırma vasitəsidir. Nə qədər pulum olsa da onları yenə yeni layihələrin gerçəkləşməsinə yatırım edərdim”.
- “İstəyirəm ki, heç kəs mənim uğuruma inanmasın, amma mən buna rəğmən və heç nəyə məhəl qoymadan həmişə öz hədəflərimə nail olum”.
- “Gərgin iş rejimə öyrəşmiş insan üçün istirahət etmək həmişə çətindir”.
- “Kiminləsə işləməyə başlayanda daima onun fikri ilə hesablaşmalı olursan. Belə olduqda sənin sərbəstliyini məhdudlaşdırır və öz düşüncən əsasında hərəkət etməyə icazə vermirlər. Buna isə mən hətta ən ürəkaçıcı maliyyə perspektivlərinə rəğmən razı olmaram”.
- Həqiqətən də Ağalarov həmişə öz biznesini müstəqil şəkildə, partnyorların köməyi olmadan qurmağa çalışıb. Bu yolla o, asılılıq və əməkdaşlıq zamanı ortaya çıxa biləcək problemli situasiyaların yaranma şansını istisna etməyə çalışır. Buna görə də işlərinin idarə edilməsinin böyük hissəsini oğlu Eminə həvalə etmişdir.
- “Qarşılıqlı münasibətləri ən çox asanlaşdıran – səmimiyyətdir”.
- “Mən ideya axtarmıram – onlar mənə yuxuda görünür”.
- “Nəyəsə özün nail olduğunu dərk edəndə, başa düşürsən ki, belə duyğulardan ötrü yaşamağa dəyər”.
Maraqlı faktlar
- 2010-cu ildə Ağalarov Rusiyanın biznes-rəhbərləri reytinqində birinciliyə nail olub (Ticarət nominasiyası üzrə)
- Ağalarov həmçinin “Müslüm Maqamayevin müsiqili-mədəni irsi” fondunu təsis edib. Bundan əlavə «Crocus Group» Moskva vilayəti ərazisində keçirilən müxtəlif sosial layihələrin həyata keçirilməsinə köməklik göstərir.
- Ən böyük “Krokus Ekspo” sərgi mərkəzinin sahəsi Qırmızı meydanın sahəsindən 20 dəfə böyükdür.
- Ağalarov Patek Philippe-dən olan qol saatlarını taxmağı sevir, həmçinin onun işgüzar biçimli kostyumlara xüsusi marağı vardır.
- Araz Ağalarov evlidir, iki ovladı var: oğlu Emin (Crocus Groupun vitse-prezidenti) və qızı Şeyla (Fashion Institute of Technology institutunun tələbəsi)