DİM Naxçıvanda imtahan keçirmək üçün təyyarə sifariş verib

Bir həftədən sonra Naxçıvanda mütləq bütün imtahanlar keçiriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

O xatırladıb ki, hazırda Naxçıvana gediş-gəliş məhdudur:

“Heyəti ora göndərmək üçün xüsusi təyyarə sifariş vermişik. Bu məsələ həll olan kimi orada da buraxılış imtahanlarını keçirəcəyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər