Rezidenturaya ərizə verənlərin sayı 1 000 nəfərdən yuxarıdır.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, onlar hamısı Bakıda imtahan verməlidir:
“Bakıda olan imtahanları avqust ayına daxil edəcəyik. Amma avqusta qədər çox vaxt var. Real vəziyyəti dəyərləndirib dəqiq vaxt deyiləcək. Avqustda rezidentura imtahanları olacaq. Heç bir problem olmayacaq”.