20 C
Baku
Thursday, October 17, 2024

Ağ Ev koronavirusun ikinci dalğasına hazırlaşır

Ağ Ev payızda baş verə biləcək COVID-19 koronavirusunun ikinci dalğasına hazırlaşır. Banker.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin ticarət məsələləri üzrə müşaviri Peter Navarro CNN-ə verdiyi müsahibədə bildirib.

Amerikan hakimiyyətinin COVID-19-un ikinci dalğasına hazırlaşıb-hazırlaşmadığını sualına Peter Navarro cavab verib: “Əlbəttə. Bunun mütləq baş verəcəyini söyləyə bilmərəm, amma əlbəttə ki, hazır olmaq lazımdır”.

Müşavirin sözlərinə görə, pandemiyanın əsas səbəbkarı Çindir. “Bu virusu onlar yaradıblar. Və yaymaq üçün dünya ölkələrinə yüzlərlə çinli göndəriblər”, – Peter bildirir.

Navarro 2006-cı ildə, Çində milyonlarla insanın ölümünə səbəb ola biləcək pandemiyadan bəhs etdiyi “Çində gələcək müharibələr” adlı kitabından danışdı. “Niyə bunu o vaxt etdim? Çünki bu avtoritar, repressiv və qeyri-şəffaf cəmiyyətin strukturu buna yönəlib”, – müşavir qeyd edir.

Son xəbərlər
Digər xəbərlər