“Silk Way Holding” və ona daxil olan daha 2 şirkət nizamnamə kapitalını azaldır.
Banker.az xəbər verir ki, “Silk Vey Development” MMC, “Silk Vey Holdinq” MMC, “Silk Way Aviaşirkəti” MMC Təsisçilərin Ümumi Yığıncağının Qərarına Əsasən MMC-lərin Nizamnamə Kapitalının azaldılmasını elan edir. Amma nizamnamə kapitalının nə qədər azaldılacağı açıqlanmayıb.
Bildirək ki, “Silk Vey Development” MMC və “Silk Way Aviaşirkəti” MMC “Silk Vey Holdinq”-ə daxildir. “Silk Way Aviaşirkəti”-nin nizamnamə kapitalı 97 027 781 manat, Silk Vey Holdinq” nizamnamə kapitalı 4 610 149 manat, “Silk Vey Development” MMC-nin isə nizamnamə kapitalı isə 77 329 109 manat təşkil edir.
Xatırladaq ki, bir qədər bundan əvvəl isə “Silk Way Holding” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” də nizamnamə kapitalının azaldılmasını elan etmişdir.






