Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
Banker.az xəbər verir ki, bu barədə jurnalist Eynulla Fətullayev məlumat verib.
O bildirib ki, icra başçısının müavinlərinın hamısı saxlanılıb.
Qeyd edək ki, Abşeronun icra başçısı Gülməmmədova İradə Akif qızıdır. Onun I müavini Həsənov Məhəmməd, müavinləri isə Cəbrayılov Fuad və Quluyev İlhamdır.
Gülməmmədova İradə 2006-2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2014-2015-ci illərdə Abşeron rayon İcra Hakimiyyətində Başçının 1-ci müavini vəzifəsində çalışıb. 2015-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır.