Capgemini and Efma tədqiqat təşkilatları Fintech Report 2020 adlı genişmiqyaslı bir hesabat dərc etdilər. SME Banking Club bu hesabatdan Open X doktrinası haqqında ən maraqlı məqamları seçdi.
Müştəri gözləntilərinin artması və fintex startapların yetkinliyi dövrü
Bügünkü bank müştəriləri texniki nəhənglərin (Amazon, Google, Apple və digərləri) və challenge-bankların təqdim etdikləri təcrübədən sonra gözləntilərini xeyri artırdılar. Bu şirkətlər əsasən güclü tərəflərindən – məlumatların idarə edilməsindən – son dərəcədə fərdiləşdirilmiş istifadəçi təcrübəsi yaratmaq üçün istifadə edirlər.
Müştərilərin banklardan gözlədikləri və bankların onlara verdiyi şey arasındakı boşluq heç vaxt bu qədər dərin olmamışdır. Bütün müştərilər və xüsusən 1983-2002-ci il təvəllüdlü Y nəslinin nümayəndələri həyat tərzlərinə uyğun bir bank təcrübəsini istəyirlər – fərdiləşdirilmiş və real vaxt rejimində işləyən. Müştərilərin yeni nəsli ənənəvi banklardan onlara challenge-bankların təcrübəsini təklif etmələrini gözləyir. Və bu cür müştərilər üçün bankı dəyişdirmək problem deyil.
Y nəslin nümayəndələrinin təxminən yarısı yaxın 12 ay ərzində banklarını dəyişdirməyi planlaşdırdıqlarını idda edirlər. Bankın dəyişdirilməsinin əsas səbəbləri arasında bunlar var: loukost təkliflər (70%), istifadənin rahatlığı (68%) və daha sürətli xidmət (54%).
Texniki nəhənglər və challenge-banklar öz maliyyə xidmətlərini inkişaf etdirmək və genişləndirmək üçün açıq platformalardan istifadə etdilər. Və indi onlar ənənəvi banklar üçün real təhlükəyə çevriliblər.
Bu oyunçulardan çoxu yalnız bir təklif (bir qayda olaraq, ödəniş aləti) ilə bazara giriblər, sonra isə kreditləşmə, əmanətlərin saxlanılması, aktivlərin idarə edilməsi və digər bu kimi sahələrə əl atıblar. Hazırda texniki nəhənglər və challenge-banklar çox sayda maliyyə xidmətləri təklif edirlər və qlobal miqyasda fintex startaplara sərmayə qoyaraq daha da güclənirlər. Fintex layihələrin bir çoxu isə milyonlarla istifadəçi cəlb edən və inamla gəlirlilik istiqamətində irəliləyən yetkin qlobal şirkətlərə çevrilirlər. Ənənəvi banklar onların timsalında ya nüfuzlu rəqib, ya da faydalı tərəfdaş görməlidirlər.
Qabaqcıl innovasiyalar yaratmaq bacarığı fintex startapları müvəffəqiyyətə aparır, bu da onların ənənəvi banklar üçün tərəfdaş kimi cəlbediciliyini artırır.
İndi banklar və fintex startaplar arasında tərəfdaşlıq perspektivi hər zamankindən daha güclüdür – bu ənənəvi banklara müştərilərə istədiklərini vermək üçün dəyər zəncirindəki boşluqları doldurmağa kömək edə bilər.
Banklar və fintex arasında uğurlu əməkdaşlıq nümunələri
- Berlinin N26 challenger-bankı müştərilərinə valyuta köçürmələri valyuta köçürmələri zamanı komissiyalara qənaət etmələrini təmin etmək üçün Londonda yerləşən TransferWise pul köçürmə xidmətinin tərəfdaşı oldu.
- Almaniyanın Commerzbank bankı istifadəçiləri smartfon və ya kompüter vasitəsilə videoversifikasiya etməyə imkan verən IDnow fintex şirkəti ilə əməkdaşlıq edir.
Open X konsepsiyası ənənəvi bankların aktual qalmasına necə kömək edir?
Yeni dövrün oyunçularından geri qalmamaq üçün ənənəvi banklar Open Banking-dən sonra daha bir addım atmalıdırlar – Open X doktrini qəbul etmək. Open X – açıq platformalı ekosistemdir, burada bütün iştirakçılar sərbəst məlumat və mənbələr mübadiləsi əsasında çalışırlar. Hər bir iştirakçı bütün diqqətini ən yaxşı bacardığı fəaliyyətə yönəldir və Open X ekosistemində müvafiq rolu üzərinə götürür.
Open X ekosisteminin potensialından tam istifadə edən ən parlaq oyunçusu Uber şirkətidir. O, inzibati proseslərin istifadəçidən gizlədildiyi taksi çağırışı xidmətini təklif edir. Bu platforma Google Maps və onlarla müxtəlif ödəniş xidmətləri ilə birləşdirilib – kredit kartlarından regional ödəmə sistemlərinə (məsələn, Hindistanın Paytm, Amerikanın Venmo və ya Niderlandın iDEAL xidməti) qədər.
Ənənəvi banklar Opex X ekosisteminə necə inteqrasiya edə bilərlər? Məsələn, Amerikanın Goldman Sachs investisiya bankı müştərilərinə texnoloji həllər təklif edir ki, bununla da onlar Amazon-un kreditləşmə platforması vasitəsilə kredit almaq imkanını qazanırlar. 2020-ci ilin əvvəlində İspaniyanın BBVA qrupu maliyyə və qeyri-maliyyə xidmətlərini satmaq üçün Amazon ilə birlikdə pilot layihə işə saldı. Bu, bank məhsullarını GAFA nəhəngləri (Google, Amazon, Facebook, Apple) vasitəsilə satmağı hədəfləyən BBVA-nın daha geniş strategiyasının bir hissəsidir.
Həm Goldman Sachs, həm də BBVA, məhsullarını satmaq üçün Amazon-un nəhəng distribyutor şəbəkəsindən istifadə etməyə çalışırlar. Amazon isə öz növbəsində banklarla tərəfdaşlıq sayəsində daha çox qazanc əldə etmək imkanını əldə edir.
Xatırladaq ki, əvvəllər Startup Genome adında tədqiqat şirkəti, Covid-19 pandemiyasının təsirini öyrənmək üçün startaplar arasında qlobal sorğu keçirmişdir. Bu, böhran başlayandan bəri ilk qlobal sorğu idi. Tədqiqat müəllifləri ümid edirlər ki, sorğunun nəticələri hökumətlərə innovativ ekosistemləri dəstəkləmək üçün alətlər yaratmağa kömək edəcəkdir.