20 C
Baku
Thursday, October 17, 2024

Koronavirusa yoluxanların sayı 9 milyonu keçib

Bazar ertəsi yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 9 003 042-yə çatıb.

Bu barədə Cons Hopkins Universitetinin son hesabatında bildirilib.

Ən çox yoluxma hadisəsi ABŞ-da qeydə alınıb – 2289168 nəfər. Braziliyada 1083341, Rusiyada 591465, Hindistanda 425282 və Böyük Britaniyada 306761 yoluxma müşahidə edilib.

Koronavirus nəticəsində ölənlərin ümumi sayı, 469121 nəfər olub. Ən çox ölüm sayı ABŞ-da qeydə alınıb – 120044 nəfər. Sonrakı sıralarda Braziliya (50 591), Böyük Britaniya (42 732), İtaliya (34 657) və Fransa (29643) qərarlaşıb.

 

Son xəbərlər
Digər xəbərlər