6 C
Baku
Sunday, December 15, 2024

Yaponiyanın yeni superkompüteri dünyada birinci yeri tutub

Yaponiyanın “Riken” Dövlət Tədqiqat İnstitutu tərəfindən hazırlanan sonuncu superkompüter son doqquz ildə ilk dəfə dünya üzrə hesablamaların sürətinə görə birinci yeri tutub.

Kyodo agentliyi xəbər verir ki, bu barədə “TOP500” Amerika-Avropa layihəsi tərəfindən elan edilib.

Yaponiyanın Fuci dağının şərəfinə adlandırılan “Fugaku” superkompüteri, həmçinin digər üç kateqoriya üzrə də ən yüksək pilləyə qalxıb. Belə ki, həmin superkompüter sənaye məqsədləri üçün hesablama metodikasında məhsuldarlıq, süni intellekt əlavəsi və daha çox məlumatın təhlili üzrə birinci olub.

Bildirilir ki, ilk dəfə bir kompüter dörd kateqoriya üzrə birinci yeri tutub.

Qeyd edək ki, Yaponiyanın bu superkompüteri “Fujitsu Ltd.” şirkəti ilə birlikdə İnstitutun Kobedəki obyektində hazırlanıb.

“Fukagu” cari ilin iyununda saniyədə 415 kvadrillion hesablama aparmasına görə dünyada birinci superkompüter seçilib. Bu, 2019-cu ildə ABŞ-ın Ok-Rica milli laboratoriyası tərəfindən hazırlanan “Summit” sistemindən təqribən 2,8 dəfə sürətlidir.

Son xəbərlər
Digər xəbərlər