19 C
Baku
Wednesday, October 16, 2024

“Microsoft” şirkəti “Mixer” striminq xidmətinin işini dayandırır

22 iyul 2020-ci ildən başlayaraq “Microsoft” şirkəti “Mixer” striminq xidmətinin işini dayandıracaq. Şirkət tərəfdaşlarını “Facebook Gaming” platformasına köçürməyi planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə “The Verge” yazır.
Qeyd edildiyi kimi, “Mixer” xidməti “Twitch”, “YouTube” və “Facebook Gaming” ilə rəqabət aparmaq üçün tələb olunan səviyyəyə çata bilməyib.
“Mixer” tərəfdaşlarının müvəffəqiyyəti bizim necə inkişaf etməyimizdən asılıdır. Bir daha aydın oldu ki, strimerlər cəmiyyətinin inkişafı üçün lazım olan zaman, “Microsoft” və “Xbox”un oyunçularına təqdim etmək istədiyi gözləntilərə uyğun gəlmir”, – açıqlamada deyilir.
Verilən məlumata görə, iyulun 22-dən etibarən “Mixer”in saytları və tətbiqləri istifadəçiləri avtomatik olaraq “Facebook Gaming”ə yönəldəcək.
“The Verge” qeyd edir ki, “Microsoft” tərəfdaşının seçilməsi strateji xarakter daşıyır və xCloud oyun striminq xidmətinin inkişafı planları ilə əlaqəlidir. Şirkət aktiv şəkildə “Facebook” ilə əməkdaşlıq etməyi və xCloud xidmətini “Facebook Gaming”ə əlavə etməyi planlaşdırır. Beləliklə, platforma iştirakçıları başqalarının necə oynadığını izləyə və dərhal oyuna qoşula biləcəklər.
Son xəbərlər
Digər xəbərlər