9 C
Baku
Thursday, December 12, 2024

Braziliya Mərkəzi Bankı “WhatsApp”dakı elektron ödəmə xidmətinin işini dayandırdı

Braziliya Mərkəzi Bankı “Visa” və “Mastercard” ödəmə sistemlərinə, “WhatsApp”da “Facebook Pay” vasitəsilə hər hansı bir əməliyyat və pul köçürmələrini həyata keçirməyi dayandırmaq göstərişini verib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu tələb yerinə yetirilmədiyi təqdirdə, “Visa” və “Mastercard”a qarşı cərimə cəzası tətbiq ediləcək.

Qeyd edək ki, “Facebook” tənzimləyicinin bu qərarını təəccüblə qarşlayıb, çünki belə bir xidmətin yaradılması əvvəlcədən hər iki tərəf arasında razılaşdırılmışdır.

“Bizim əsas məqsədimiz Braziliyadakı bütün “WhatsApp” istifadəçilərini rəqəmsal ödəmə xidməti ilə təmin etməkdir və biz bunun üçün yerli tərəfdaşlarımız və Mərkəzi Bank ilə işləməyə davam edəcəyik”, – deyə “WhatsApp” nümayəndəsi bildirir.

Xatırladaq ki, “WhatsApp”da elektron ödəmə xidməti 2020-ci il oyunun ortalarında işə salınıb.

Son xəbərlər
Digər xəbərlər