2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bu sektorda çalışanların orta aylıq əməkhaqqısı 2 004 manata çatıb

Azərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı artıb. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-cu ilin yanvar-aprel ayları üzrə maliyyə və sığortada çalışanların orta aylıq nominal əməkhaqqısı 2 003,8 manat təşkil edib. 2019-cu ilin müvafiq dövründə isə bu göstərici 1 756 manat olub. Belə ki, illik müqayisədə cari ildə bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqısında 247,8 manat və yaxud 14% artım qeydə alınıb. Statistikaya əsasən, maliyyə və sığorta sahəsi üzrə dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqısı 1 732,8 manat, özəl sektorda çalışanların isə orta aylıq əməkhaqqısı 2 067,1 manat təşkil edib. Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7% artaraq 736,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3736,8 manat, qeyri neft-qaz sektorunda 669,7 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,7 manat, özəl müəssisələrdə isə 885,1 manat olub.  
Son xəbərlər
Digər xəbərlər