8 C
Baku
Thursday, December 12, 2024

Özünüməşğulluqdan gəlirlər üzrə regionların siyahısı – Lənkaran liderdir

Azərbaycanda 2020-ci ilin 1 aprel tarixinə olan nəticələrə görə adambaşına özünüməşğulluqdan hər adam üzrə düşən gələn gəlirlər bəlli olub.

Özünüməşğulluqdan gəlirlər – sahibkarlıq fəaliyyətindən, istehsal kooperativinin üzvü kimi mənfəət bölgüsündən, ailə kəndli təsərrüfatında istehsal olunan məhsulların satışından və ya ailə müəssisəsində çalışmaqla əldə olunan və ev təsərrüfatı üzvlərinin digər gəlirlərindən ibarətdir.

Banker.az bildirir ki, ölkədə adambaşına ən çox bu növ gəlir üzrə Lənkaran iqtisadi rayonu ərazisinə düşüb. Bu regionda aylıq olmaqla adambaşına 136.2 manat vəsait düşür. Lənkaran i.r ərazisində özünüməşğulluqdan gəlirlərin ümumi gəlirlərdəki payı üzrə də respublika ərazisində ən yüksək göstərici (46.1 faizə) ilə qeydə alınıb.

İkinci pillədə Lənkaran i.r-a yaxın olan Dağlıq Şirvan iqtisadi rayonudur. Burada, aylıq adambaşına düşən bu növ gəlir 136.1 manatdır.

Ən aşağı göstərici isə Kəlbəcər-Laçın  iqtisadi rayonunda (68.1 manatla) qeydə alınsa da, gəlirlərdə payına görə ən aşağı Bakı şəhərində (20 faizlə) qeydə alınıb.

wqwq

Son xəbərlər
Digər xəbərlər