25 iyun 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu hərracda öncəkiylə müqayisədə 26% daha çox valyuta satılıb.
Hərracda tələb 41,6 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Öncəki hərracda 33 mln. dollar satılmışdı.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.