Azərbaycan banklarının faiz gəliri cari ilin ilk 5 ayı ərzində 799.2 mln. manat təşkil edib. Bu ötən ilin eyni dövründə 803.4 mln. manat idi.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən verilən hesabatda qeyd edilir.
Bununla belə bank sektorunun faiz xərcləri 201.2 mln., qeyri-faiz gəlirləri 263.1 mln., qeyri-faiz xərcləri 476.4 mln. manat təşkil edib.
Nəticədə sektorun xalis mənfəəti 314.5 mln. manat təşkil edib. Bu isə təkcə may ayı ərzində 158.4 mln. manat ( 4 ayda bu cəmi 156.1 mln. manat idi) xalis mənfəət əldə etməsi deməkdir.
Öncəki ilin 5 ayı ərzində bu rəqəm 325.8 mln. manat idi.