Gürcüstan beynəlxalq reyslərin bərpa olunmasını təxirə saldı

Gürcüstan müntəzəm beynəlxalq uçuşlarda məhdudiyyətləri iyulun 31-dək uzadıb.

“Sputnik Gürcüstan” bu barədə ölkənin Mülki Aviasiya Agentliyinin açıqlamasına istinadla məlumat yayıb.

Koronavirus pandemiyası səbəbindən ölkə martın 21-dən etibarən bütün istiqamətlərdə hava nəqliyyatını tamamilə dayandırmışdı. Səlahiyyətlilər iyulun 1-dən sərhədləri xarici turistlərə açmağı planlaşdırırdılar.

Bildirilir ki, mütəmadi uçuşların bərpa edilməsi barədə qərar Gürcüstanda və dünyada epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər