7 C
Baku
Thursday, December 12, 2024

Aristotelin “iki təkərin hərəkəti” paradoksu

Tutaq ki, bir-birinin yanında yerləşdirilmiş müxtəlif ölçüdə olan iki təkərə sahibsiniz. Hər iki təkər sinxron şəkildə fırlanır və müəyyən məsafəni qət edirlər. Paradoksun mənası təsvirdən aydın olur: müxtəlif radiuslu iki birləşdirilmiş təkər tam dövrədə eyni məsafəni qət edirlər.

Təsvirə yuxarı hissədən baxsaq görərik ki, hər iki çarx eyni məsafəni qət etmək üçün öz ətraflarında tam dövrə vururlar (qırmızı xəttə baxırıq).

Həmçinin belə aydın olur ki, bir dairə digərindən kiçikdir. Bu o deməkdir ki, ya təkərlər xaricdən eyni dairəyə sahibdirlər (kökə əsasən bu doğru deyil), ya da müxtəlif dairələr eyni uzunluqda “fırlanırlar” (bu da heç cür mümkün deyil).

Bütün bunların mümkün olduğunu düşünsək nə baş verər? Bu zaman texniki cəhətdən 2,54 santimetr dairəyə sahib təkərin 1,6 kilometr dairəyə sahib təkərlə eyni məsafəni qət etmək iqtidarında olduğu mümkün olur. Lakin bu mümkün deyil. Kiçik radiuslu dairənin uzunluğu böyük radiuslu dairənin uzunluğuna bərabər ola bilməz. Belə isə məsələ nədən ibarətdir?

 parodod (1)

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.