“The New York Times” qəzeti “Apple News” xəbər aqreqatoru ilə əməkdaşlığını dayandırıb.
Bildiyildiyi kimi, “The New York Times” qəzetinin əsas hədəflərindən biri oxucu sayını artırmaqdır, xəbər aqreqatoru isə onun oxucularla birbaşa əlaqə qurma imkanlarını xeyli məhdudlaşdırır.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“New York Times” “keyfiyyətli jurnalistikanı maliyyələşdirmək” üçün oxucuları birbaşa olaraq sayta və mobil tətbiqə cəlb etməyi planlaşdırır.
“Apple” sözçüsü qəzetin onlara “gündə bir neçə hekayə” təklif etdiyini və şirkətin “minlərlə nəşriyyatdan” oxucularına etibarlı məlumat verməyə davam edəcəyini söyləyib. “Biz də həmçinin sınanılmış biznes modelləri (reklam və abunə) köməyi ilə keyfiyyətli jurnalistikaya dəstək olmağa çalışırıq”, – “Apple” bildirir.
Qeyd edək ki, “Apple”in gəlirinin 30%-i abunələrin sayəsində formalaşır. “Aqressiv” siyasət hesabına aqreqatorun auditoriyası 125 milyon istifadəçisə çatıb, NYT xatırladır.
2019-cu ilin martında “Apple News” yeni Apple News+ abunəliyini yaratdı. Ayda 9,99 dollar ödəyən istifadəçilər “yüzlərlə” materiallara çıxış əldə etmiş olurdular. Lakin üstünlüklərə baxmayaraq, “The New York Times” və “The Washington Post” xidmətə qoşulmaqdan imtina etdilər.