-1 C
Baku
Saturday, December 14, 2024

“Ziraat Bank Azərbaycan”nın rəhbərliyinə daha bir təyinat olub

Azərbaycanda fəaliyyət göstərən Türkiyə törəmə bankı “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə daha bir təyinat olub.

Banker.az-ın xəbərinə görə, bankın İdarə Heyətinə iyun ayından etibarən üzv seçilən 41 yaşlı Vüqar Əlipaşayev-dir. O, buna qədər bankda Müştəri xidmətləri departamentinin direktoru vəzifəsində çalışıb.

V.Əlipaşayev, “Ziraat Bank Azərbaycan”a 2016-cı ilin martında departament direktoru (yuxarıda qeyd edilən) kimi gəlib.

V.Əlipaşayev 2006-cı ildən başlayaraq ölkənin “bank məktəbi” kimi tanınan “AccessBank” QSC-də 11 il çalışmış, onun son 2 ilini Korporativ xidmətlərin rəhbəri (2014-cü ilin sonuna qədər) vəzifəsində çalışıb. Sonradan, 2015-2016-cı illərdə “PAŞA Bank” ASC-də SME bankçılıq departamentinə rəhbər gedib.

Bu təyinatdan sonra “Ziraat Bank Azərbaycan”nın sədri ilə yanaşı 3 üzv ilə İdarə Heyəti təşkil olunacaq.

“Ziraat Bank Azərbaycan” – 2014-cü ildən bank fəaliyyətinə lisenziya verilib və 50 mln. manat nizamnamə kapitalına sahibdir. Bankın 3 səhmdarı hər biri Türkiyənin “Ziraat” brendi altında çıxış edən şirkətidir. Bura, “Ziraat Bankası (99,98%), Ziraat Teknoloji Şirkəti (0,01%) və Ziraat Yatırım Menkul Değerler Şirkəti (0,01%) daxildir.

Son xəbərlər
Digər xəbərlər