11 C
Baku
Monday, November 25, 2024

“Microsoft” 25 milyon insan üçün pulsuz təhsil proqramını işə salır

“Microsoft” 25 milyon insanın rəqəmsal bacarıqlara yiyələnməsi üçün pulsuz təhsil proqramını işə salacaq. Banker.az xəbər verir ki, bu proqram, ilk növbədə, pandemiya səbəbindən iş yerini itirənlərə yönəldilmişdir. Qeyd edildiyi kimi, proqramda iştirak edənlər tərtibatçı, qrafik dizayner və məlumat analitiki, rəqəmsal marketinq mütəxəssisi və digər bu kimi peşələrə sahib ola biləcəklər. Bütün bu və digər əlavə məlumatlar şirkəti rəsmi saytındakı press-relizdə qeyd olunub.

Verilən məlumata görə, proqram özündə həm “Microsoft”un, həm də onunla əlaqəli olan layihələrin (məsələn, “LinkedIn” və “GitHub”) resurslarını birləşdirəcək.

Qeyd edək ki, təlim proqramına giriş 2021-ci ilin mart ayının sonuna qədər pulsuz olacaq. Proqramı bitirdikdən sonra 15 dollar ödəniş edən şəxlərə sertifikat veriləcək. Bundan əlavə, proqram iştirakçıları şirkətin iş axtarışı alətlərinə pulsuz giriş əldə edəcəklər.

Bildirildiyi kimi, bütün mənbələr court.linkedin.com platformasında birləşdiriləcək və dörd dildə mövcud olacaq: ingilis, fransız, alman və ispan.

Xatırladaq ki, “Microsoft” un qiymətləndirmələrinə görə, 2021-ci ildə dünyada işsizlərin sayı 250 milyon nəfər çatacaq. Bunun qarşsını almaq üçün şirkət böhrandan zərər çəkmiş insanlara dəstək məqsədi ilə qeyri-kommersiya təşkilatlara 20 milyon dollar ayırır.

Son xəbərlər
Digər xəbərlər