Dünya Bankı (DB) Gürcüstana əlavə olaraq 45 milyon avro məbləğində maliyyə yardımı ayıracaq.
Bu barədə DB-nin Gürcüstan bölməsindən bildirilib.
Gürcüstan hökuməti vəsaiti COVID-19 pandemiyasının yaratdığı maliyyə defisitinin aradan qaldırılmasına yönəldəcək.
Bankdan qeyd olunub ki, pandemiya dövründə Gürcüstan tətbiq etdiyi məhdudiyyətlərlə koronavirusun yayılmasının qarşısını uğurla alıb.