Bu ilin yanvar-iyul aylarında “Azsığorta” şirkəti 5,6 milyon manat məbləğində ödəniş edib. Sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 600 min manat və yaxud 12% çox olub.
Ödənişlərin 1,03 milyon manatlıq hissəsi iyul ayının payına düşüb. Bunun da 156 min manatı könüllü sığorta növləri, 872 min manatı isə icbari sığorta növləri üzrə həyata keçirilib. Təkcə avtomobillərin icbari sığortası ilə bağlı ödənişlər 674 min manat təşkil edib.