“Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (BOKT) nizamnamə kapitalı 5.5 dəfə artırılıb.
Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda deyilir.
Yeni artımla BOKT-un nizamnamə kapitalı 2.75 mln. manat olub.
Buna qədər “Bir Kart” BOKT-un kapitalı 500 min manat idi. Bununla da ölkənin BOKT-lar üzrə kapitalına görə 11-ci ən böyüyü olub. Buna qədər 27-si sırada qərarlaşmışdı.
- Oxşar yazı – Ölkədə ən böyük kapital qoyulan BOKT-lar renkinqi
Xatırladaq ki, BOKT 2018-ci ildə “Kapital Bank” tərəfindən yaradılıb və 100% nizamnamə kapitalına sahibdir.