6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Sənayə Sığortanın nizamnamə kapitalı 11 milyon manata çatacaq

Azərbaycan Sənaye Sığorta” səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalını 2,84 milyon manat artırır. 21 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Sənaye Sığorta” ASC-nin nominal dəyəri 2 200 manat olan 5 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınmışdır. Səhmlər “Azərbaycan Sənaye Sığorta” ASC-nin nominal dəyəri 1 632 manat olan 5000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək. Yerləşdirmədən sonra “Azərbaycan Sənaye Sığorta”nın nizamnamə kapitalı 8,16 milyon manatdan 11 milyon manata yüksələcəkdir.

1996-cı ildən fəaliyyət göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin, səhmlərinin 70%-i “Anadolu İnvestment Kompani”MMC-yə, 25%-i “Azərbaycan Sənaye Bankı” ASC-yə, 5%-i isə “Azərbaycan Senaye Lizinq” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər