Azərbaycanda ZaminBank əməkdaşları bankın daimi müştərisinə qızıl və qiymətli daşlardan hazırlanmış bank kartı hədiyyə etmişdir. Qeyd edək ki, bu kart dünyanın ən bahalı bank kartı hesab edilir və dəyəri 250. 000 dollar dəyərində qiymətləndirilir. Visa.com saytının verdiyi məlumata görə, eksklüziv bank kartı 750 əyarlı qızıldan, 137 brilyantdan, həmçinin lazurit, firuzə, qara və qırmızı yaşma, sədəf kimi qiymətli daşlarla bəzədilmişdir.
Bu zərgərlik “şah əsərinə” çevrilmiş dünyanın ilk qiymətli daşlarla bəzədilmiş kartıdır. Bank bu yolla öz VIP müştərisinə öz minnətdarlıq və hörmətini biruzə verməyi qərar almışdır. Bu özəl müştərinin adı isə gizli saxlanılır. ZaminBank əməkdaşlarının verdiyi məlumata görə, bu kart yalnız bir nümumə olaraq buraxılmışdır və ödəniş əməliyyatları həyata keçirmək üçün EMV çiplə təmin edilmişdir. Bu kartın köməkliyi ilə nağdlaşdırma mümkün olmadığı üçün ona əlavə olaraq adi Visa Infinite plastik kartı yaradılmışdır ki, bu kart da öz növbəsində premium seqmentdə ən prestijli kart hesab edilir.
Kart sahibi Visa Infinite Exclusive “qiymətli kartı” ilə yanaşı bir çox əlavə imkanlar da qazanmışdır. Bu imkanlara isə bütün dünyada fəaliyyət göstərən fərdi menecer yardımı, həmçinin Visa Luxury Hotels Collection-a daxil olan dünyanın ən yaxşı otel və klublarında xüsusi təklif və güzəştlər daxildir. Bundan əlavə, kart sahibi hava limanlarında prioritetli qeydiyyat imkanları, lüks brend avtomobillər alarkən endirimlər əldə edir və avtomatik şəkildə xüsusi həyat sığortası proqramının iştirakçısına çevrilir.