ABŞ-ın “Boeing” təyyarə istehsalçı “747” tipli təyyarənin istehsalını iki il sonra dayandıracaq.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, qərar artıq qəbul edilib və hələlik şirkət işçilərinin diqqətinə çatdırılmayıb. Korporasiya son “747-8”-ni təxminən iki il ərzində Everettdəki (Vaşinqton) zavodunda yığmağı planlaşdırır.
Qeyd edək ki, “Boeing-747” modeli 1970-ci ildən istehsal olunur. Bütün bu müddət ərzində 1 500 layner istehsal edilib. Bu modelin satışının ən yüksək həddi 1970-ci ildə qeydə alınıb – həmin il 92 belə təyyarə satılıb.