“Apple” korporasiyası ABŞ-dakı mağazalarını bağlamaqda davam edir.
Bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, koronavirusa yoluxma hallarının artması səbəbindən “Apple” Los-Anceles, Las-Veqas, Alabama, Aydaho, Oklahoma, Corciya və Luizianadakı bir neçə mağazasını bağlayacaq.
Daha əvvəl Florida, Missisipi, Texas və Yuta ştatlarında mağazalarını bağlayan “Apple”nin bağlanan mağazalarının sayı 77-yə çatıb.
“Apple” ilin əvvəlindən ABŞ-da 200-dən çox mağazanı yenidən açmışdı.