11 C
Baku
Tuesday, November 26, 2024

Təhsil kreditləri (SİYAHI)

Artıq yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bəzi şagirdlər isə universitetlərə qəbul olaraq tələbə adını qazanıblar. Lakin bildiyimiz kimi indi Universitetdə oxumaq heç də asan deyil. İllik təhsil haqqları yüksək olduğuna görə bəzi ailələr maddi vəziyyəti aşağı olduğundan ödəniş edə bilmirlər.

Banklar isə bu problemin həll yolunu tələbələr üçün uyğun yeni məhsul təqdim etməkdə görür. Belə ki, bir neçə bankdan siz təhsil haqqının ödənilməsi üçün təqdim olunan kredit məhsulundan yararlana bilərsiniz. Həmçinin bu məhsulu əldə etdiyiniz zaman məbləğ sizin təhsil aldığınız müəssisənin hesabına köçürülür.

Bununla yanaşı banklar tələbələr üçün təhsil ilə bağlı digər məhsullar da təqdim edir.

ParaBank bir müddətdən sonra daha dəqiq desək, dərs ili başladığı zaman tələbələrin faydalana biləcəyi məhsulu sizə təqdim edir. Belə ki, qrup kreditini xatırladan bu kredit məhsulu sayəsində bir neçə qrup yoldaşı birləşərək Para Bankın “Təhsil kreditini ” əldə edə bilər. Bu krediti tələbələrin təqaüd kartına əsasən verilir.  Bu zaman 12 ay müddətinə maksimum 2 000 AZN əldə edə bilərsiniz. Həmçinin sentyabr ayında edəcəyiniz ödənişə görə sizə 3% endirim  olunacaq.

Həmçinin siz təhsil haqqınızı ödəmək üçün Unibankın taksit kartı olan Albalı Plus kartından da faydalana bilərsiniz. Bu zaman Albalı Plus kartınızdakı məbləğ təhsil müəssisəsinin hesabına köçürüləcəkdir. Kreditinin müddəti 6- 12 aylıqdır. Bu zaman siz təhsil haqqınızı hissə-hissə ödəmək imkanı əldə edəcəksiniz.

Bank of Baku isə sadəcə ADA universitetində təhsil alan tələbələr üçün kredit təqdim edir.

Kreditin maksimal məbləği 41 500AZN, müddət 15 illikdir. Banka yaxınlaşaraq daha ətraflı məlumat əldə edə bilərsiniz.

Qeyd edək ki, bu məhsulu təqdim etməyən digər banklara da müraciət edərək kreditdən faydalana bilərsiniz.

Aşağıdakı reytinqdə bu məhsulu təqdim edən banklar haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

Ərtaflı məlumat üçün Bankın və ya kredit məhsulunun adına klik edin.

* Güzəştli Kredit”  aksiyası 15 oktyabr 2014-cü il tarixinədək davam edəcək

[table id=55 /]

Son xəbərlər
Digər xəbərlər

4 ŞƏRH

Comments are closed.