WhatsApp Web-də qaranlıq rejim, nəhayət, aktiv edilib.
Ancaq bunun üçün WhatsApp-ın şərti var. Brauzer olaraq Google Chrome istifadə etməlisiniz.
WhatsApp Web-i açdıqdan sonra sol menyunun sağ üst bölməsində yer alan üç nöqtəyə klikləyərək “Sazlamalar”a keçid etmək lazımdır.
Daha sonra “Tema”ya daxil olaraq funksiya aktivləşdirilir.
Funksiyanın çox yaxında Windows və macOS-da yer alan əsas tətbiqə də şamil olunacağı gözlənilir.