Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan “Saudi Aramco” avqustda neftin qiymətini artıracaq. Bu barədə şirkətdən məlumat verilib.
Asiya üçün bütün neft növlərinin qiymətləri hər barel üçün bir dollar həcmində artırılacaq. Nəticədə, “Arab Light” markası Oman və Dubayın neft səbətindən 1,2 dollar baha olacaq.
Şimal-Qərbi Avropa yüngül neftin hər barelini 4 dollar, Amerika isə 0,6 dollar baha almalı olacaq.






