“AtaBank” Lider təcili pul köçürmələri sistemi ilə birgə “Daha çox qənaət edin” adlı kampaniyasını keçirir. Avqust ayının 20-də start götürən kampaniya dekabr ayının 31-nə qədər davam edəcəkdir.
Kampaniya çərçivəsində “AtaBank”-ın istənilən filial və ya şöbəsindən “Lider” təcili pul köçürmə sistemi vasitəsi ilə Azərbaycan və Rusiya arası pul vəsaiti göndərən müştəri 1 % kommisiya ödəyir.
Əlavə olaraq bildirmək istərdik ki, “AtaBank” istənilən pul köçürmə sistemi vasitəsi ilə əməliyyat aparan hər bir müştəriyə də bonus olaraq mobil danışıq dəqiqələri hədiyyə edir.