8 C
Baku
Friday, December 13, 2024

Brandalism – street-art reklama qarşı

Küçə rəssamları qrupu “Brandalism” adlandırdıqları incəsənət cərəyanında birləşmişlər.

Brandalism – obyekti küçə reklamı olan vandalizmdir. Hazırda dünyanın müxtəlif küçələri çoxlu sayda küçə reklamlarının cəngindədir. Reklam insanların şüuruna təsir edir və tamamilə lazımsız məhsulları almağa vadar edir, insanların qorxu və əminsizliyini öz gəlir mənbəyinə çevirir.

Braziliyanın San-Paulo şəhəri hələ 2006-cı ildə küçə reklamını qadağan edən qanun qəbul edib. Küçə rəssamları öz ideyalarının daşıyıcısı olaraq divarlar əvəzinə billboardlardan istifadə edərək öz satirik anti reklam mesajlarını sərgiləmişlər. Brandalism cərəyanında Böyük Britaniya, ABŞ, İtaliya, Avstriya və İsraildən olan 24 rəssam iştirak edir. Onlar London da daxil olmaqla Böyük Britaniyanın 5 şəhərində fəaliyyət göstərirlər. Antireklam “inqilabçılarının” arsenalında artıq 32 billboard var.

4202305-R3L8T8D-600-4

4202355-R3L8T8D-600-5

4202405-R3L8T8D-600-7

4202455-R3L8T8D-600-9

4202505-R3L8T8D-600-6

4202555-R3L8T8D-600-8

4202605-R3L8T8D-600-3

4202655-R3L8T8D-600-11

4202705-R3L8T8D-600-1

4202805-R3L8T8D-600-10

 

Son xəbərlər
Digər xəbərlər