Business Insider nəşri dünyaca məşhur Glassdoor.com və Impact Interview portallarında təqdim edilən suallar əsasında ən məşhur IT şirkətlərin müsahibə zamanı verdiyi ən qəribə və maraqlı sualları seçmişdir. Business Insider nəşri bu sualların ən çətinlərindən ibarət reytinq təşkil etmişdir.
Banker.az saytı olaraq bu reytinqi sizə təqdim edirik:
1. Salesforce.com (Vəzifə – müştəri xidmətləri analitiki)
Sual: Zəlzələ zamanı yol hərəkətini necə tənzimləyərdiniz?
2. Microsoft (Vəzifə – menecer)
Sual: Xoşunuza gələn lakin pis satılan məhsul varmı? Bu məhsul daha yaxşı satılsın deyə nə tədbir görərdiniz?
3. Amazon (Vəzifə – məhsul meneceri)
Sual: Ofisdə sizə Ceff Bezos yaxınlaşır və ən yaxşı ideyanızı həyata keçirmək üçün sizə 1 milyon dollar verəcəyini deyir. Bu hansı ideya olardı?
4. Texas Instruments (vəzifə – mühəndis)
Sual: “Çətin” insanlarla necə işləyirsiniz?
5. Verizon (Vəzifə – müştəri dəstəklənməsi üzrə analitik)
Sual: Əməkdaşınız qələm oğurlayır. Bu halda ona nə isə deyər, yaxud susarsınız?
6. NetApp (Vəzifə – menecer)
Sual: Siz hansı ağacsınız?
7. Citrix (Vəzifə – baş mühasib)
Sual: Müdiriniz iş axtardığınızı bilirmi?
8. Juniper Networks (Vəzifə – müdir köməkçisi)
Sual: Dünyada ən çox nəyi sevmirsiniz?
9. Apple (Vəzifə – təcrübəçi)
Sual: Bir saatı maksimum kreativ şəkildə necə sındırardınız?
10. Intel (Vəzifə – mühəndis)
Sual: İşdə sizi əsəbləşdirən nədir?
11. Red Hat (Vəzifə – baş məsləhətçi)
Sual: Boeing-747-nin çəkisi nə qədərdir?
12. Intuit (Vəzifə – kiçik biznes şöbəsinin meneceri)
Sual: 24 saat ərzində vergi ödəməli olsaydınız, hansı tədbirləri görərdiniz?
13. Facebook (Vəzifə – təhlükəsizlik üzrə analitik)
Sual: Komanda daxilində sizin üçün vacib olan üç xüsusiyyət hansıdır?
14. LinkedIn (Vəzifə – baş elmi əməkdaş)
Sual: Məhsulumuzda məhz nəyi bəyənmirsiniz? Siz olsaydınız bu və ya digər məhsulu hansı şəkildə yaradardınız? Necə düşünürsünüz, bu nə dərəcədə yaxşı, yaxud pisdir? Bunu necə düzəldərdiniz? Və nəyə görə elə düşünürsünüz ki, sizin üsulunuz işə yarayacaq?
15. Twitter (Vəzifə – domenlər üzrə mütəxəssis)
Sual: Şəxsi həyat toxunulmazlığının pozulması haqqında hansı biliklərə sahibsiniz? Bununla üzləşdikdə reaksiyanız nə olardı?