8 C
Baku
Thursday, December 12, 2024

Koulrofobiya nədir?

Koulrofobiya insanlar arasında geniş yayılmışdır və klounlardan qorxu hissini əks etdirir. 2007-ci ildə Şeffild universiteti 4-16 yaş arasında olan 250 britaniyalı uşaq ilə sorğu keçirmişdir. Alimlər bu uşaqlara yalnızca 1 sual vermişlər: “Klounlara qarşı münasibətiniz necədir?”. Demək olar ki, bütün uşaqlar onlardan dəhşətli şəkildə qorxduqlarını dilə gətirmişlər.

“Koulrofobiya” termini 1980-ci illərdə peyda olub. Ümumdünya Səhiyyə Təşkilatı koulrofobiyanı sindrom kimi qəbul etməsə də, bu fenomen faktiki olaraq mövcuddur.

2006-cı ilin iyul ayında Britaniyanın Bestival musiqi festivalının təşkilatçıları qonaqlardan kloun libasında gəlməyi tələb edirlər. Lakin tezliklə bu ideya ləğv edilir, çünki ölümünə qorxmuş insanlar biletləri geri qaytarmağa tələsirdilər. Bu fenomen məşhur Simpsonlar cizgi serialında da əks etdirilmişdi. Öz çarpayısının yanında kloun görən Bart uzun müddət yuxusuzluqdan əziyyət çəkir və daim “Klounlar məni yeyəcək” ifadəsini təkrarlayırdı.

Son xəbərlər
Digər xəbərlər