7 C
Baku
Thursday, December 12, 2024

“Rəvan Sığorta” könüllü şəkildə bazarı tərk edir

Avqustun 10-da “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı olacaq.

Banker.az xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Rəvan Sığorta”nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına Müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə Filialının ləğv edilməsi kimi məsələlər daxildir.

Yeri gəlmişkən, ötən ilin sonu sığorta şirkəti baş ofisinin genişləndirilməsi üçün yeni iki qeyri-yaşayış sahəsi almışdı.

“Rəvan Sığorta”  – nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i “Nurgun Group of Companies”ə, 42,36%-i “Nurgun Motors” MMC-yə, 8,54%-i isə “NBC Bank”a məxsusdur.

Son xəbərlər
Digər xəbərlər