13 C
Baku
Saturday, November 23, 2024

Sorğu: Azərbaycanın ən çox dinlənilən radio kanalları məlum oldu

Business Insight şirkəti 555 avtomobil sürücüsü arasında “ən çox dinlənilən radio kanalları” adı altında May ayında növbəti sorğusunu həyata keçirib. Nəticələri daha operativ əldə etmək üçün sorğu Telefonla həyata keçirilib.
Banker.az xəbər verir ki, araşdırma nəticələrinə görə hər 10 avtomobil sahibindən 7-si radioya qulaq asır (70%). Ən çox dinlənilən TOP 5 radio kanalları,sırası ilə «106.3 FM», «90 FM», «107.7 FM», «105.5 FM» və «106 FM»-dir. Bakılı avtomobil sahibləri Azad Azərbaycan radiosuna (106.3 FM) qulaq asır. Regiondakı sürücülər arasında reytinq cədvəlinə nisbətən İctimai radionun (90 FM) üstünlüyü ilə İctimai radio və Azad Azərbaycan radiosu (106.3 FM) başçılıq edərək birinci və ikinci yerləri bölüşürlər. 
Araşdırma nəticələrinə görə hər 3 nəfərdən biri radioya qulaq asmır (30%). Bu seqmentin əksəriyyətini gənclər təşkil edir (18-40 yaş). Belə ki, radioya qulaq asmadığını deyən 164 respondentin 68.3%-ni 40-yaşa qədər gənc sürücülər, qalan 31.7%-ni isə 40 və üzəri yaş qrupunda olan sürücülər təşkil edir. Gənclər (40 yaşa qədər) arasında digər radio kanallarına nisbətdə 105.5 FM-i dinləyənlər daha çoxdur. Belə ki, sorğuda iştirak etmiş
40 yaşa qədər olan respondentlərin 39 nəfəri (18%) 105.5 FM, 38 nəfəri (17.5%) 106.3 FM, 34 nəfəri (15.7%) isə 107.7 FM-i dinlədiyini qeyd edib.
Sorğuda iştirak etmiş 40 yaş üstü sürücülər arasında isə ən çox dinlənilən TOP 3 radio kanalı kimi 106.3 FM (23 nəfər -13.5%),90 FM (23 nəfər – 13.5%) və 106 FM (20 nəfər -11.8%) qeydə alınıb. Araşdırma nəticəsində məlum olub ki, yeni avtomobil sahibləri köhnə avtomobil sahiblərinə nisbətdə radioya daha az qulaq asırlar. Təhlillər göstərir ki, radioya qulaq asmadığını deyən 164 respondentin 73.3%-ni 2010-cu il və üzəri buraxılış ili olan yeni avtomobil sahibləri, qalan 26.7%-ni isə 2010-cu ilə qədər buraxılış ili olan köhnə avtomobil sahibləri təşkil edir.
Son xəbərlər
Digər xəbərlər