14 C
Baku
Sunday, November 24, 2024

Müvəqqəti maliyyə problemlərinin öhdəsindən gəlməyin 10 yolu

Ailədə kimsə işini itirərsə və ya analıq məzuniyyətinə çıxarsa, insanlar tək maaşa yaşamağa məcbur olurlar. Bu həmişə asan olmur, xüsusilə əvvəllər çox pul xərcləmək vərdişi var idisə. Belə çətinliyin öhdəsindən gəlmək üçün nə etmək lazımdır?

  1. Unutmayın ki, bu müvəqqətidir

Çalışın uzunmüddətli hədəflər haqqında düşünəsiniz. Əgər ipoteka götürmüsünüzsə, demək artıq öz evinizdə yaşayırsınız. Bunun üçün bir-iki il dözməyə dəyər. 

  1. Xərclərin uçotunu aparın

Əksər insanlar xərcləri qeyd etməyə başlamamış nə qədər xərclədiklərini bilmirlər. Smartfonunuza xərclərin uçotunu aparmağa kömək edəcək tətbiq yükləyin. Təkcə bu sizə xərcləri xeyli azaltmağa kömək edəcəkdir. 

  1. Xərclərinizi bir il öncədən planlaşdırın

Bir çox xərclər əvvəlcədən məlumdur: ad günləri üçün hədiyyələr, sentyabrda alınacaq məktəb ləvazimatları, yay istirahəti, qış paltar və ayaqqabının alınması. Bütün bu xərcləri əvvəlcədən planlamaq və il ərzində qarşılamaq mümkündür. 

  1. Düşünün: bəlkə “pul tozsoranı”nız var?

Tez-tez rast gəlinən hallardan biri: ailə kreditə maşın alır və əlavə xərclər ortaya çıxır. Benzin, sığorta, yay və qış təkərləri və s. Nəticədə məlum olur ki, maşın ailə büdcəsinin üçdə bir hissəini “yeyir”. Nə üçün kreditə maşın alırsınız? Bir az pul yığın və daha münasib qiymətə maşın alın. 

  1. Xərclərinizin balanslı olub-olmadığını yoxlayın

Digər səhv yanaşma: hər şeyə qənaət etmək və yalnız vacib şeylər almaq. Nə əyləncəyə, nə də kortəbii alış-verişə yer ayırmamaq. İnsanların 99%-i gec-tez bu rejimi pozur, çünki sərt məhdudiyyətlər yalnız kağız üzərində mümkündür. Real həyatda həm gözəlliyə, həm də əyləncəyə pul xərcləmək lazım gəlir. Budur ki, real olmayan planlar qurmayın, xərclərinizi balanslaşdırın. 

  1. Bütün xərcləri azaldın

İlk olaraq xərclərinizi 10% azaltmağa çalışın. Məsələn, adətən hər ay yeməyə 400 manat xərcləyirsiniz. Çalışın budan sonra 350 manata sığasınız – əminik ki, bacaracaqsınız. Belə-belə bütün xərcləri 10% azaldın. Tezlikdə xeyli vəsait qənaət etmiş olduğunuzu görəcəksiniz. 

  1. Kortəbii alış-verişə pul ayırın, ancaq büdcənizi məhdudlaşdırın

Bu məsləhət məhdudiyyətlərə nifrət edənlər üçündür. Büdcənizdə kortəbii olaraq alacağınız şeylərə yer ayırın. Lakin maksimal məbləğə məhdudiyyət qoyun. Məsələn, siz qəhvə və lazımsız əşyalar ala bilərsiniz, ancaq ayda 70 manatdan çox xərcləməmək şərti ilə. 

  1. Psixoterapiyanı alış-veriş ilə əvəz etməyin

Bəzən şopoholizm sadəcə pis bir vərdiş deyil, psixoloji problemlərin kompensasiyasıdır. Əgər bu sizə uyğun gəlirsə, unutmayın ki, alış-veriş etməkdən əvvəl vacib qərar qəbul etmiş olursunuz: özünə köynək almaq, yoxsa ipoteka ödənişini etmək? Təkcə nə qazandığınızı deyil, həm də nə itirdiyinizi düşünün. 

  1. Uşaqlara xərclədiyiniz pula qənaət edin

Onlar geyindikləri kurkanın brendinə fikir vermirlər. Onların yüzlərlə oyuncağa ehtiyacları yoxdur. Onlara oyun yoldaşı lazımdır. Əgər insan uşağı ilə az vaxt keçirirsə – iş və ya hər hansı başqa səsəbdən – günahkarlıq hissini oyuncaqlarla “söndürməyə” çalışmayın. 

  1. Distant iş barədə düşünün

Artıq bildiklərinizdən nə öyrənə biləcəyinizi düşünün. Bəzən nadir bacarıqların kombinasiyası qeyri-adi nəticə verir. 

Son xəbərlər
Digər xəbərlər