Yelo Bank 10 iyul 2020-ci il tarixindən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 81K ünvanında yerləşən yeni baş ofisin sığortalanması üzrə potensial tərəfdaşlar arasında açıq tender elan edir.
Müsabiqənin predmeti yuxarıda qeyd olunan daşınmaz əmlakın sığortalanmasına dair müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir.
Tərəfdaşlardan təklifi hazırlayıb, 17 iyul 2020-ci il saat 18:00-dək bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi, 30) “Yelo Bank“ ASC İdarə Heyəti sədrinin adına “Kommersiya təklifi: Daşınmaz əmlakın sığortalanması – AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə təqdim etmələrini xahiş edirik.
Yuxarıda göstərilən üsuldan fərqli olaraq verilmiş müsabiqə təklifləri nəzərə alınmır.
Əlavə suallarınız yarandığı halda [email protected] elektron ünvanına və ya (055) 202-28-82, (055) 207-99-73 telefon nömrələrə müraciət edə bilərsiniz.